Ərdoğan Azərbaycanda helikopterin qəzaya düşməsindən danışdı

1 Dekabr 2021 14:06

"Azərbaycanda təəssüflər olsun ki, bir helikopterin qəzaya uğraması nəticəsində 14 azərbaycanlı qardaşımız şəhid olub, daha 2-si yaralanıb".

Milli.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə telekanallarına verdiyi müsahibəsində deyib.

"İlham Əliyev qardaşıma da başsağlığı verdim. Allahdan şəhidlərimizə rəhmət diləyirəm", - deyə Ərdoğan bildirib.

Milli.Az