İlqar Mikayıloğludan şəhid polkovniklə bağlı paylaşım

1 Dekabr 2021 18:00

Aparıcı İlqar Mikayıloğlu ötən gün helikopter qəzası nəticəsində şəhid olan pilot polkovnik Fizuli Cavadov barədə paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Mikayıloğlu döyüş dostunu itirdiyini yazaraq onunla "WhatsApp" yazışmalarını yayıb:

"Şəhid Fizuli. Neçə uçuşda bir yerdə olmuşuq. Vertolyotçular zarafatla mənə Fizulinin şturmanı deyirdi. Müharibədə onun bort streloku olacaqdım. Sözləşmişdik. Amma o qəza nəticəsində şəhid oldu. Allah qəzada şəhid olan hərbçilərimizə rəhmət etsin. Allahdan yaralılara şəfa diləyirəm".

Qeyd edək ki, ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.

Milli.Az