Əfsanəvi aktrisa vəfat etdi

1 Dekabr 2021 10:30

Əfsanəvi Hollivud aktrisası Arlin Dal vəfat edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu Lorenso Lamas Feysbuk səhifəsində məlumat verib. O, 87 yaşında dünyasını dəyişən anasının ölüm səbəbini isə açıqlamayıb.

Qeyd edək ki, 1950-ci illərdə ulduzu parlayan aktrisa "Yerin mərkəzinə səyahət" filmi ilə məşhurlaşıb. Bundan əlavə, A.Dal "Tanrının terroru", "Cinayət məkanı", "Sanqari", "Üç balaca söz" kimi məşhur filmlərdə də rol alıb.

Milli.Az