"Liverpul" və "Arsenal"ın sabiq hücumçusu vəfat etdi

1 Dekabr 2021 09:30

"Liverpul" və "Arsenal"ın sabiq hücumçusu Rey Kennedi 70 yaşında vəfat edib.

O, futbolçu karyerasının son illərindən ömrünün axırına kimi Parkinson xəstəliyindən əziyyət çəkib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Kennedi peşəkar karyerasına 1968-ci ildə "Arsenal"da başlayıb. London klubunun tərkibində Premyer Liqada 158 oyun keçirib və 53 qol vurub. Topçuların tərkibində 1970/71 mövsümündə İngiltərə Çempionu olub və eyni mövsümdə ölkə kubokunu qazanıb.

1974-cü ildə hücumçu "Liverpul"-a keçib və bu komandanın heyətində 275 liqa oyununda oynayaraq 51 qol vurub. Kennedi Mersisayd klubu ilə 5 dəfə İngiltərə çempionu, 3 dəfə avrokubok, 4 dəfə ölkə Superkubokunun qalibi, həmçinin UEFA Kuboku və UEFA Super Kubokunun qalibi olub.

Milli.Az