Əsrarəngiz təbiəti və gözləlliklərə malik Komo gölü - VİDEO - FOTO

1 Dekabr 2021 22:35

Komo gölü (Lago di Como) İtaliyanın Lombardiya vilayətində, kiçik bir hissəsi isə İsveçrə ərazisində yerləşir. İtaliyanın ən böyük üçüncü gölü olan Komo "Y" şəklindədir. Sahəsi 146 kvadratmetr olan gölün sahilində Komo, Tavernola, Çernobbio, Torno, Moltrasio, Urio, Poqnana Lario, Arqeqno, Lezzono, Lenno, Tremezzo, Bellacio, Kadenabbia, Varenna, Menaccio, Bellano, Donqo, Koliko, Qravedonna, Domaso kimi kiçik qəsəbə və kəndlər yerləşir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, göl Addo çayından qidalanır və bu çay Komanliko qəsəbəsindən başlayır. Gölün şimalında Komanliko qəsəbəsi, cənub-qərbində və cənub-şərqində Komo və Leçço qəsəbələri yerləşir. Bellacio, Menaccio və Varenna isə gölün mərkəzi hissəsindədir.

Komo gölü əsrlər boyu kralların, imperatorların, knyaz ailələrinin ziyarət etdiyi və dünyanın ən məşhur prezidentlərinin, menecerlərin və milyarderlərin ev aldığı əsrarəngiz təbiəti və gözəllikləri olan müstəsna yerdir. Gölün sahilində Madonna, Ronaldinyo, Silvestr Stallone kimi məşhurların villaları var.

Lierna gölün ən gözəl əsrarəngiz mənzərəsi olan ərazisi, əsrlər boyu Avropanın hər yerindən gələn rəssamların ən çox ziyarət etdiyi və sehrli atmosferə malik olan yeridir. Sakinlər Liernanın əsrlər boyu Komo gölünün coğrafi xəritələrində görünməməsi üçün pul ödəyiblər. Buradakı lüks villalar qiymətsizdir və dünyanın ən mühüm statusa malik simvollarından biridir.

Göldə mülayim iqlim şəraiti və Aralıq dənizi iqlimi tipi hökm sürür. Qışda bura o qədər də soyuq olmur.

Milli.Az