Helikopter qəzasından sağ çıxmış polkovnik-leytenantın durumu necədir?

30 Noyabr 2021 23:27

Xəbər verdiyimiz kimi, bugün Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, ikisi yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaralılar hazırda Dövlət Sərhəd Xidməti Hospitalında müalicə alırlar.

Yaralılardan biri hərbi pilot, polkovnik-leytenant Emil Cəfərovun qohumlarının verdiyi məlumata görə, qəza nəticəsində onun sol qolu sınıb və digər xırda xəsarətləri var.

Hazırda vəziyyəti stabildir.

Milli.Az