Ermənistan millisinin oyunu yarımçıq dayandırılıb

30 Noyabr 2021 21:41

Qadın futbolçulardan ibarət Ermənistan və Norveç yığmaları arasında keçirilən 2023-cü il dünya çempionatının seçmə oyunu başa çatdırılmayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qarşılaşma qatı duman səbəbindən 69-cu dəqiqədə yarımçıq dayandırılıb. Görüş dekabrın 1-də qaldığı yerdən davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan millisi 69 dəqiqəyə 9 cavabsız top buraxıb.

Milli.Az