Helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb - Elçin Quliyev

30 Noyabr 2021 19:32

Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Milli.Az