Azərbaycanda ailə faciəsi - Ailə dəm qazından zəhərləndi, 9 yaşlı qız öldü

30 Noyabr 2021 17:24

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib. İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib. Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L. Kərimova və 12 yaşlı P. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az