Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA

30 Noyabr 2021 20:30

Baş infeksionist Təyyar Eyvazovun koronavirusa yoluxması ilə bağlı xəbər yayılıb.

Milli.Az xəbər verir ki, etibarlı mənbədən lent.az-a bildirilib ki, həqiqətən də Təyyar Eyvazov koronavirusa yoluxub.

Təyyar Eyvazov isə açıqlamasında xəstə olduğunu təsdiqləsə də, COVID-19-a yoluxduğunu təkzib edib.

Milli.Az