Azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı müzakirə edildi - FOTO

30 Noyabr 2021 16:12

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlal arasında görüş olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mikayıl Cabbarov rəsmi "Twitter" hesabına məlumat paylaşıb.

"Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalla ölkələrimiz arasında sənaye sahəsində əməkdaşlığın inkişafı perspektivləri, işğaldan azadedilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı barədə fikir mübadiləsi apardıq", - deyə nazir yazıb.

Milli.Az