Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi

30 Noyabr 2021 18:30

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə yenidən ucuzlaşmağa başlayıb.

Trend-in "ForEx" göstəricilərinə istinadən məlumatına görə, son sutka ərzində lirə dollarına nəzərən 3 faizə yaxın ucuzlaşıblaşıb.

Hazırda birjalarda 1 ABŞ dolları 13,15 lirə ətrafında alınıb-satılır.

Xatırladaq ki, ötən həftə dolların lirəyə nəzərən qiyməti qısa müddətə 13 lirə həddini keçsə də, daha sonra 11 lirə ətrafında sabitləşmişdi.

Milli.Az