Pele Lionel Messini təbrik edib

30 Noyabr 2021 14:36

Əfsanəvi futbolçu Pele Fransanın PSJ klubunda çıxış edən Lionel Messini "Qızıl top"u qazanması münasibəti ilə təbrik edib.

Milli.Az report-a istinadən xəbər verir ki, 81 yaşlı keçmiş hücumçu bu barədə İnstaqram hesabında bildirib.

"Lionel Messini təbrik edirəm. Bu, şübhəsiz ki, onun misilsiz istedadına verilən qiymətdir. Yeddi dəfə, çox sağ olun", - deyə o vurğulayıb.

Qeyd edək ki, Lionel Messi karyerasında 7-ci dəfə "Qızıl top" mükafatına sahib çıxıb.

Milli.Az