Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

30 Noyabr 2021 13:49

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

XİN-in "Twitter" səhifəsində edilən paylaşımda deyilir:

"Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik".

Milli.Az