
Aktrisa Nərgiz Əliyevaya hücum edən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Milli.Az-a bildirib ki, saxlanılan şəxs 1971-ci il təvəllüdlü, əvvəllər oğurluğa görə məhkum olunmuş Sedov Vadim Vyaçeslavoviçdir.
Bakıda aktrisa onu döymək istəyən kişini kameraya çəkdi - Yumruqla bir neçə dəfə ... - VİDEO
Artıq həmin şəxsin izahatı alınıb və onun əməli xırda xuliqanlıq kimi dəyərləndirilərək məhkəməyə müvafiq təqdimat göndərilib. V.Vyaçeslavoviç polisə izahatında N.Əliyevanın avtomobilinə pul almaq məqsədi ilə yaxınlaşdığını bildirib.
Qeyd edək ki, hadisə noyabrın 27-də saat 17:00 radələrində paytaxtın "Tarqovı" adlanan ərazisində baş verib. Aktrisanın sözlərinə görə, o, avtomobilində tıxacda olarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Milli.Az