Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir - Aİ - FOTO

30 Noyabr 2021 12:33

Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "EU4Lankaran" proqramının rəsmi açılış mərasimi zamanı Avropa İttifiqanın Azərbaycandakı səfiri Peter Mixalko deyib.

Səfir bildirib ki, Lənkəranın inkişafı üçün bir sıra imkanlar var, Aİ də bu imkanların reallaşmasına dəstək göstərməyə hazırdır:

"Çalışacağıq ki, kənd təsərrüfatını, məhsuldarlığı inkişaf etdirib, beynəlxalq bazarlara çıxışı təmin edək. Qeyri-neft sektoru, kiçik və orta sahibkarlığın inkişafı bizim üçün prioritetdir və hər zaman Azərbaycana bu sahədə kömək etməyə çalışmışıq. Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir", - P.Mixalko bildirib.

Milli.Az