Vətən Haqqı: Şəhid Şəhriyar Qasımov haqqında - VİDEO

30 Noyabr 2021 15:06

Kimdir qəhrəman? Onu digərlərindən nə fərqləndirir? İnsan özü qəhrəman olduğunu bilirmi?

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, bu suallar bizi Vətən müharibəsi şəhidləri haqqında verilişlər hazırladığımız zaman tez-tez narahat edir.

Şəhid ailələrində çəkiliş apardığımız zaman bu suallar ətrafında müəyyən bir qənaətə gələ bilirik. Məlum olur ki, onlar həyatları boyunca digərlərindən o qədər də fərqlənməsələr də, həyatlarının sonunu özləri seçdikləri üçün, məqsədləri, amalları olduğu üçün, həmin məqsədlərinə çatdıqları üçün seçilirdilər.

Bu gün də belə oğullardan biri haqqında danışacağıq.

Azərbaycan Ordusunun kiçik çavuşu Şəhriyar Qasımov haqqında.

Milli.Az