Ən təhlükəsiz manat - VİDEO

30 Noyabr 2021 16:18

Azərbaycanın yeni 50 manatlıq pul nişanı çağdaş dövrün saxtakarlığa qarşı ən güclü qorunan əskinası sayılıb və buna görə Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası tərəfindən mükafatlandırılıb.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Assosiyanın noyabrın ikinci yarısında Böyük Britaniyada keçirdiyi beynəlxalq konfransda 50 manatlığa "ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu" nominasiyası üzrə Excellence Award (Ekselens Avard) 2021 xüsusi mükafatı verilərkən vurğulanıb ki, pul nişanının üzərində tətbiq edilmiş 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementləridir.

İlkin araşdırmalardan belə görünür ki, Azərbaycan Mərkəzi Bankının bu addımı ölkənin nağd pul kütləsinin strukturu ilə bağlıdır. 50 manatlar Azərbaycanda saxta pul kəsənlərin ən çox maraq göstərdiyi əskinaslarından biridir.

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda tədavülə 11 milyard 744 milyon manat kağız pul buraxılıb. Bunun 10 faizi, yəni 1 milyard 174 milYON manatdan bir az artığı 50 manatlıqdır. Həmin vəsaitlərin 66,5 faizi, yəni 7 milyard 810 milyon manatı 100 manatlıqdır. Ümumi kağız pul kütləsində 15,8 faiz, yəni 1 milyard 850 milyon manat isə 200 manatlıqların payına düşür.

Tədavüldə olan nağd pulun 6 milyard 859 milyon manatı pərakəndə ticarət dövriyyəsinə xidmət edib, 4 milyard 885 milyon manatı isə əhali yığımlarıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin 10 ayı ərzində pərakəndə ticarət dövriyyəsi 34 milyard 433 milyON manat təşkil edib ki, bunun 8 milyard 370 milyon manatı nağdsız yolla gerçəkləşdirilib və nağd dövriyyə 26 milyard 63 milyon manat olub. Həmin müddət ərzində manAtın dövretmə sürəti 3,8 olub. Yəni nağd dövriyyəni təmin etmək üçün 6 milyard 859 milyon manat yetərlidir.

Buna görə ehtimal etmək mümkündür ki, əhalinin 4,9 milyarda yaxın olan nağd manat yığımının 1,8 milyard manatı 200 manatlıq əskinasların və 3,1 milyard manatı 100 manatlıq əskinasların hesabına təmin edilib.
4,7 milyard manata yaxın 100 manatlıq əskinas isə pərakəndə ticarət dövriyyəsinə xidmət edib. Buna görə, 50 manatlıqla yanaşı 100 manatlıq əskinasların da təhlükəsizliyinin qayğısına qalınmalıdır.

Əslində, əsasən yığım vasitəsi kimi işlədilən 200 manatlıqlar da unudulmamalıdır. Çünki BƏZİ beynəlxalq ekspertlər kağız pulların 2050-2060-cı illərə qədər dövriyyədə qalacağını güman edirlər. Həmçinin, son illərdə postsovet məkanında baş verən bank böhranları əhalini yenidən kağız pullara istiqamətləndirib. (QRAFİKA) Məsələn, Rusyada 2015-ci ildə əhalinin yığımlarının yalnız 18 faizi nağd olubsa, 2016-cı ildə bu göstərici 23 faizə qalxıb, hazırda 38 faizdir.

Azərbaycanda da təxminən buna yaxın vəziyyətdir - əhalinin 13,8 milyard manata yaxın toplam yığım vasitəsinin 36 faizə yaxını nağddır. Əhali vəsaitlərinin yalnız 8,9 milyard manatını banklara etibar edir.

Əhalini banklardan çəkindirən əsas səbəblər sırasında təhlükəsizlik məsələsi də var. İqtisadiyyat professoru Saleh Məmmədov Real TV-yə müsahibəsində bildirib ki, əhalini bankların təhlükəsizliyinə inandırmaq üçün ilk növbədə ölkədə maliyyə mühəndisliyi elmini inkişaf etdirmək lazımdır.

Azərbaycanın yeni 50 manatlıq pul nişanı çağdaş dövrün saxtakarlığa qarşı ən güclü qorunan əskinası sayılıb və buna görə Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası tərəfindən mükafatlandırılıb.

Assosiyanın noyabrın ikinci yarısında Böyük Britaniyada keçirdiyi beynəlxalq konfransda 50 manatlığa "ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu" nominasiyası üzrə Excellence Award (Ekselens Avard) 2021 xüsusi mükafatı verilərkən vurğulanıb ki, pul nişanının üzərində tətbiq edilmiş 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementləridir.

İlkin araşdırmalardan belə görünür ki, Azərbaycan Mərkəzi Bankının bu addımı ölkənin nağd pul kütləsinin strukturu ilə bağlıdır. 50 manatlar Azərbaycanda saxta pul kəsənlərin ən çox maraq göstərdiyi əskinaslarından biridir.

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda tədavülə 11 milyard 744 milyon manat kağız pul buraxılıb. Bunun 10 faizi, yəni 1 milyard 174 milYON manatdan bir az artığı 50 manatlıqdır. Həmin vəsaitlərin 66,5 faizi, yəni 7 milyard 810 milyon manatı 100 manatlıqdır. Ümumi kağız pul kütləsində 15,8 faiz, yəni 1 milyard 850 milyon manat isə 200 manatlıqların payına düşür.

Tədavüldə olan nağd pulun 6 milyard 859 milyon manatı pərakəndə ticarət dövriyyəsinə xidmət edib, 4 milyard 885 milyon manatı isə əhali yığımlarıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin 10 ayı ərzində pərakəndə ticarət dövriyyəsi 34 milyard 433 milyON manat təşkil edib ki, bunun 8 milyard 370 milyon manatı nağdsız yolla gerçəkləşdirilib və nağd dövriyyə 26 milyard 63 milyon manat olub. Həmin müddət ərzində manAtın dövretmə sürəti 3,8 olub. Yəni nağd dövriyyəni təmin etmək üçün 6 milyard 859 milyon manat yetərlidir.

Buna görə ehtimal etmək mümkündür ki, əhalinin 4,9 milyarda yaxın olan nağd manat yığımının 1,8 milyard manatı 200 manatlıq əskinasların və 3,1 milyard manatı 100 manatlıq əskinasların hesabına təmin edilib.
4,7 milyard manata yaxın 100 manatlıq əskinas isə pərakəndə ticarət dövriyyəsinə xidmət edib. Buna görə, 50 manatlıqla yanaşı 100 manatlıq əskinasların da təhlükəsizliyinin qayğısına qalınmalıdır.

Əslində, əsasən yığım vasitəsi kimi işlədilən 200 manatlıqlar da unudulmamalıdır. Çünki bəzi beynəlxalq ekspertlər kağız pulların 2050-2060-cı illərə qədər dövriyyədə qalacağını güman edirlər. Həmçinin, son illərdə postsovet məkanında baş verən bank böhranları əhalini yenidən kağız pullara istiqamətləndirib. (QRAFİKA) Məsələn, Rusyada 2015-ci ildə əhalinin yığımlarının yalnız 18 faizi nağd olubsa, 2016-cı ildə bu göstərici 23 faizə qalxıb, hazırda 38 faizdir.

Azərbaycanda da təxminən buna yaxın vəziyyətdir - əhalinin 13,8 milyard manata yaxın toplam yığım vasitəsinin 36 faizə yaxını nağddır. Əhali vəsaitlərinin yalnız 8,9 milyard manatını banklara etibar edir.

Əhalini banklardan çəkindirən əsas səbəblər sırasında təhlükəsizlik məsələsi də var. İqtisadiyyat professoru Saleh Məmmədov Real TV-yə müsahibəsində bildirib ki, əhalini bankların təhlükəsizliyinə inandırmaq üçün ilk növbədə ölkədə maliyyə mühəndisliyi elmini inkişaf etdirmək lazımdır.

Azərbaycan Mərkəzi Bankının tədavülə buraxdığı 50 manatlığın təhlükəsizliyinin gücləndirilməsini yüksək dəyərləndirən Saleh Məmmədov ölkədə rəqəmsal pulların təhlükəsizliyi üzrə texnologiyaların da gücləndirilməsinin vaxtının çatdığını vurğulayır. Professor bazarda özəl qruplar tərəfindən emissiya edilən rəqəmsal valyutaların, xüsusilə də bitkoinin ciddi oyunçuya çevrildiyini, dünyanın aparıcı dövlət valyutalarını çox geridə qoyduğunu bildirir.

Əslində, kripto valyutaların, xüsusilə də bitkoinin uğuru onlarla əməliyyatların həddindən təhlükəsiz olması ilə bağlıdır. Yəni əməliyyatlara kənar müdaxilələlər mümkün deyil, emissiyanın maksimum həddi hər kəsə məlumdur və blokçeyn texnologiyası heç bir saxtakarlığa imkan yaratmır. Buna görə də ölkələr artıq öz kripto valyutalarını yaratmaq üzərində düşünürlər. Məsələn, ABŞ-da kripto dollar, Rusiyala kripto rubl yaradılması üzərində işlər gedir. Hətta Türkiyə də kripto lirə üzrə çalışmalara başlandığının anonsunu edib. Azərbaycan Mərkəzi Bankı da bu barədə açıqlama vermişdi və hələ ki, bazarı öyrəndiyini bildirmişdi. Yəni layihəyə hələ start verilməyib.

Yeri gəlmişkən, artıq bütün dünyada kağız pullarla vidalaşmağa çalışır və bunun bir neçə səbəbi var. Əsas səbəb nağdsız dövriyyə üzərində vergi nəzarətinin çox rahat və problemsiz qurulmasıdır ki, bu DA gizli iqtisadiyyatı sıfıra endirir. Evdə və cibdə nağd pulların olmaması oğurluq və silahlı soyğun kimi halları da azaldır. Həmçinin, raqəmsal valyutaların dərci üçün xərclər kağız pullarla müqayisədə xeyli aşağıdır. Təbii ki, bütün bunlar həm dünyanın aparıcı ölkələri üçün, həm də Azərbaycan üçün çox önəmlidir.

Professorun sözlərinə görə, aparıcı ölkələr bu məsələyə hələ 2014-cü ildən diqqət yetirməyə başlayıblar. Pandemiya başlayanda məsələ qətiləşdirilib. İsveç, Amerika Birləşmiş Ştatları, Çin, Yaponiya və Cənubi Koreya, yəni bütün inkişaf etmiş ölkələr, o cümlədən bir sıra postsovet məkanı ölkələri yaxın illərdə rəqəmsal valyutaya keçməyi planlaşdırırlar. Təbii ki, Azərbaycan da bu qatardan geri qala bilməyəcək. Amma bu məsələ də indidən görünən digər bir problem qaçılmaz olacaq. Kripto valyuta, özəlliklə də bitkoin texnologiyalarına yiyələnən ölkələr gec-tez kripto valyutalara qarşı mübarizə aparmalı olacaqlar. Çünki üzərilərində heç bir nəzarətin olmaması bu valyutalara qanunsuz və gizli dövriyyədə, silah və narkotika ticarətində əsas vasitəyə çevirir. Həm də bu valyutaların bazara girərək milli valyutaları dəyərdən salması imkanı da çox yüksəkdir. Məsələn, Türkiyə lirəsinin son günlərdə əsas iflas səbəblərindən biri də bitkoin ola bilər, Türkiyə, bəlkə də, dünyada tək ölkələrdəndir ki, bitkoin satışı meydançaları açıq-aydın televiziya ilə reklam edilir. Azərbaycan bu cür proseslərdən dərs almalıdır və məhz buna görə güclü maliyyə mühəndisləri ordusu yaratmalıdır.

Milli.Az