Bakıda bu məktəbin ətrafında antisanitariya - VİDEO - FOTO

30 Noyabr 2021 12:48

Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 28 saylı məktəbin yanındakı durum sakinlərin narazılığına səbəb olub.

Qəsəbə sakinlərinin Milli.Az-a verdiyi məlumata görə, məktəbin ətrafı mal-qaraların ünvanına çevrilib. Məktəbə gedib-gələn uşaqlar, valideynlər bununla bağlı müxtəlif orqanlara müraciət etsələr də, reaksiya verən yoxdur.

Milli.Az