Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı

30 Noyabr 2021 12:24

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Respublikasının Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində konsertlər keçiriləcək.

06 dekabr 19:00-da bəstəkarın kamera əsərlərindən ibarət konsert keçiriləcək. Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu - Azərbaycan Respublikasının Əməkdar artistləri Töhfə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova, solist beynəlxalq müsabiqələr laureatı Fəridə Əhmədbəyovanın ifası və Azərbaycan Dövlət Simli Kvarteti - Azərbaycan Respublikasının Əməkdar artistləri Ceyla Seyidova, Soltan Məmmədov Vaxtanq İmanov, Aleksey Miltıx, solist Azərbaycan Respublikasının Əməkdar artisti, Əməkdar müəllim Samirə Aşumovanın ifaları təqdim olunacaq.

08 dekabr 19:00-da bəstəkarın fortepiano və tar üçün yazılmış əsərlərindən ibarət konserti keçiriləcək. 

Konsertdə bəstəkarın əsərləri Azərbaycan Respublikasının Əməkdar artisti,  Beynəlxalq müsabiqələr laureatı Sahib Paşazadənin solo ifası və Sevinc Kərimovanın müşayiətilə təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az