Milli.Az-da 1 milyonuncu xəbər

30 Noyabr 2021 11:25

11 ildən artıqdır Azərbaycanın onlayn mediasında özünəməxsus yeri olan Milli.Az bu gün öz rekordunu yeniləyib.

Belə ki, ölkənin ən nüfuzlu xəbər portallarından olan Milli.Az artıq milyonuncu xəbərini oxucularına çatdırıb.

2010-cu ilin fevralın 1-dən fəaliyyətə başlayan saytın xəbərlərinin sayı artıq 1 milyonun üzərindədir.

Milli.Az