Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

30 Noyabr 2021 12:06

Paytaxtdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə Milli.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda qeyd olunur.

Milli.Az