Mobil telefon

Mobil telefon, komputer, giriş qapısı və bank kartları - Həyatımız şifrələrlə dolub-daşır

17 Fevral 2019 20:42
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyatımız şifrələrlə dolub-daşır. Əvvəllər 1-2 yerdə şifrədən istifadəedilirdisə indi bu say 5-6 -nı keçib. Bəziləri yaddaşına güvənir, bəziləri isə şifrələri unutmamaq üçün kağıza yazaraq üzərində gəzdirir. Ekspertlər hər yerdə eyni şifrədən istifadə etməyin təhlükəli olduğunu bildirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mobil telefon, komputer, giriş qapısı və bank kartları. Həyatımızın bir çox sahəsi şifrələrlə dolub daşır.

Texnologiyanın inkişaf etməsi demək olar ki, hər kəsin həyətinə şifrələri daxil elədi..Əvvəllər 1-2 yerdə şifərələrdən istifadəedilirdisə indi bu say 5-6 -nı keçib.Bir çox insan indi həyatlarını şifrəsiztəsəvvür edə bilmir.

Apardığımız sorğu zamanı məlum oldu ki,insanlar gündəlik olaraq 5-6 fərqli şifrədən istifadə edir. Bəziləri yaddaşına güvənir, bəziləri isə şifrələri unutmamaq üçün kağıza yazaraq üzərində gəzdirir.

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Rövşən Əkbərov deyir ki,bir şifrənin bütün istifadə etdiyi sosial şəbəkəyə və yaxdud da mobil telefona qoyulması doğru deyil.

Ekspert şifrə qoyarkən təhlükəsizlik baxımından mütləq qaydada böyük, kiçk həriflərdən və müxtəlif rəqəmlərdən istifadə etməyi məsləhət görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.