Mobil telefon

Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır

7 Yanvar 2019 20:08
Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və digər MDB ölkələri 694-790 meqaherts tezliklərin mobil rabitənin ehtiyacları üçün boşaldılması üzrə danışıqlara başlayıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (ITU) Radiorabitə Bürosunun direktoru Fransua Ransi deyib.

O bildirib ki, Azərbaycan həmin spektrdə tezliklərdən istifadə etməsi üçün qonşularla razılıq əldə etməlidir:

"Bu istiqamətdə danışıqlar başlayıb. Biz bir neçə görüş keçirmişik. MDB ölkələri bir müddət əvvəl 694-790 meqaherts tezliklərin mobil rabitə üçün istifadəsi ilə bağlı danışıqları başlamaq razılığına gəlib".

ITU-nun teleyayımın tətbiqi ilə bağlı münaqişəli məsələləri həll etmək üçün hüquqi mexanizmlərinin olub-olmaması barədə sual cavab verən F.Ransi bildirib ki, ITU yalnız maraqlı tərəflər arasında görüşləri əlaqələndirə bilər:

"ITU qərar təklif edə bilər, fəaliyyətə məcbur edə bilməz".

Qeyd edək ki, Azərbaycanda hazırda mobil rabitə üçün daha yüksək tezlik spektri istifadə olunur. 2G/GSM rabitəsi 900 və 1800 meqaherts, 3G 2100 meqaherts, 4G/LTE 1800 meqaherts tezlikdə istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.