Mobil telefon

Şakira 16.3 milyon avro ödəyəcək

16 Dekabr 2018 19:39
0 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselona məhkəməsi müğənni Şakiranın 16.3 milyon avro vergi ödəməsinə qərar verib.

Milli.Az fanat.az-a istinadən bildirir ki, "Barselona" və İspaniya millisinin üzvü Cerard Pike ilə evli olan kolumbiyalı müğənni 20122-2014-cü illərdə Barselonada yaşayarkən sənədlərlə özünü Baham adalarında yaşayırmış kimi göstərib və bununla da külli miqdarda vəsaiti vergidən yayındırıb.

İspaniya qaydalarına görə, ən azı 183 gün ölkədə qalan şəxslər dünya miqyasında əldə etdiyi gəlirdən vergi ödəməlidi. Şakira bu ilin fevralında vergi idarəsinə borclu olduğu 32 milyon avronu ödəmişdi. İndi isə onun daha 16,3 milyon avro borcunun olduğu müəyyənləşib.

Şakira özünü günahkar hesab etmir. Buna görə də, vergi idarəsi ilə Şakira arasında problem yaranıb.

Qeyd edək ki, Pike və Şakira 2010-cu ildə evlənib. Onların iki oğlu var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.