Mobil telefon

WhatsApp-da çoxdan gözlənilən yenilik

16 Sentyabr 2018 19:28
1 Şərh     Baxış: 5 337

WhatsApp messencerinin tərtibatçıları çoxdan gözlənilən yenilənmənin proqrama əlavə ediləcəyini bəyan ediblər. Söhbət "qara fon" adlı yeni dizayndan gedir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Wccftech nəşri yazır.

Bir müddət əvvəl messencer düyməli telefonlarda da əlçatan olub. Bu fürsət dünyada istifadəçilərin sayını əhəmiyyətli dərəcədə artırıb - WhatsApp-ın bazasına ən azı 1,5 milyon yeni hesab əlavə edilib.

"Qara fon"a qaldıqda isə, bu messencerin xarici görünüşü daha cəlbedici edəcək.

Bundan əlavə yeni sistem gözləri qıcıqlandırmayacaq. Həmçinin yeni fon sayəsində telefonun enerjisinə qənaət etmək mümkün olacaq.

Hazırda mütəxəssislər yeni fonu iOS və Android sistemlərində sınaqdan keçirirlər.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gulya · 16 Sentyabr 22:0500

    whatAppin divar kagizlari bolmesinde qara reng varda.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.