Mobil telefon

Bu ölkədə iPhone yasaqlana bilər

15 Sentyabr 2018 07:31
0 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada "iPhone" və "iPad" cihazlarının satışı qadağan edilə bilər. "Apple" şirkəti patent hüququnu pozmaqda şübhəli bilinir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutuna məxsus olan patentdən qeyri-qanuni istifadə halı ilə bağlı təhqiqata başlayıb.
 
Məlumata görə, məsələ mikroprosessorların yaradılması üçün texnologiya ilə bağlıdır. Həmin texnologiya "iPhone" və "iPad" cihazlarının son modellərinin istehsalında istifadə olunub. Patentdən qeyri-qanuni istifadə faktı sübut edilsə, o zaman Cənubi Koreyada "iPhone X", "iPhone 8" və "8 Plus", həmçinin "iPad Pro" qurğularının satışı qadağan ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.