Mobil telefon

Builki büdcəli iPhone barədə...

13 Sentyabr 2018 08:51
0 Şərh     Baxış: 1 730

Bloomberg saytı 12 Sentyabr tarixində Apple tərəfindən təqdim olunacaq büdcəli iPhone modeli barəsində bəzi məlumatlar təqdim edib. Bloomberg xəbər verib ki, ilk vaxtlarda sözügedən model məhdud sayda satışa çıxacaq. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, Apple şirkəti büdcəli modeli iPhone Xr adlandıracaq. Bir neçə müddət bundan öncə yayılmış məlumatlarda isə qeyd olunurdu ki, büdcəli model iPhone 9 və ya iPhone XC adlana bilər.

Milli.Az technote.az-a istinadən bildirir ki, Apple şirkəti büdcəli iPhone modelinin istehsalında bəzi problemlər ilə qarşılaşıb. Problemlər əsasən modelin maye kristallik ekranı ilə bağlıdır. Gözləntilərə əsasən büdcəli iPhone modeli müxtəlif rəng variantlarında satışa çıxacaq. Smartfonun dəqiq qiymət göstəricisi hələki sirr olaraq qalır. Lakin onun 699-849$ aralığında olacağı güman edilir. Bu isə iPhone X-dən bir qədər ucuz və iPhone 8-in qiyməti ilə demək olarki eynidir.
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.