Mobil telefon

5 arxa kameraya sahib Nokia smartfonunun fotosu sızdırıldı

11 Sentyabr 2018 08:59
0 Şərh     Baxış: 2 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə internetdə güman olunan Nokia 9-un fotosu yayılmışdı. Yayılmış fotoda əks olunmuş smartfon modelinin arxasında çoxlu sayda kamera vardı. Lakin buna baxmayaraq həmin foto keyfiyyətsiz idi. İndi isə sözügedən smartfonun yeni və keyfiyyətli fotosu internetdə yayılıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, beləliklə yayılmış yeni fotodan da görmək olar ki, smartfonun arxa panelində 5 ədəd Zeiss markalı kamera, işıqlandırma sistemi və lazer avtofokusu var.

Bundan əlavə olaraq smartfonun arxa panelində bəzi məlumatların əks olunduğu stiker də var. Beləliklə bu smartfon TA-1094 kod adına və iki SIM kart girişinə sahibdir. Təəssüflər olsun ki, smartfonun texniki göstəriciləri barəsində məlumatlar çox azdır. Məlumata əsasən smartfon Qualcomm şirkətinin flaqman prosessoru (çox güman ki, Snapdragon 855) və LG şirkətinin istehsalı olan OLED ekranla təchiz olunacaq. Bundan əlavə olaraq barmaq izi skanı texnologiyasının birbaşa ekrana inteqrasiya olunacağı güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.