Mobil telefon

Bu ilki ən böyük iPhone...

11 Sentyabr 2018 08:41
0 Şərh     Baxış: 1 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın 9to5Mac adlı məşhur mənbəsi 12 Sentyabr tarixində təqdim olunacaq 6.5 inç iPhone modelinin adı barəsində məlumat təqdim edib. Hələ keçən həftə bu mənbə bildirmişdi ki, bu ilki adi iPhone modeli XS adlanacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, məntiqi cəhətdən hamı düşündü ki, ən böyük versiya isə XS Plus adlanacaq. Lakin görünür, bu heç də belə olmayacaq. Belə ki, yeni məlumata əsasən böyük iPhone modeli XS Max adlanacaq. Bu cür ad Apple şirkəti üçün heç də ənənəvi deyil və şirkətin bu cür addımı hansı səbəbə görə atdığı bilinmir. Bununla belə bütün məlumatlar artıq 12 Sentyabr tarixində bilinəcək. Bir sıra məlumatlara əsasən iPhone XS Max modeli 6.5 inç OLED ekran, Apple A12 prosessoru, 4 GB RAM və ikili arxa kamera ilə təchiz olunacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.