Mobil telefon

Mobil bank troyanları kəskin artıb

14 Avqust 2018 08:59
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaspersky Lab 2018-ci ilin ikinci rübündə 61 mindən artıq quraşdırıcı mobil bank troyan paketini aşkar edib. Bu rəqəm əvvəlki rübün göstəricisini üç dəfədən çox üstələyir.

Milli.Az technote.az-a istinadən bildirir ki, aşkar olunan troyanların böyük bir qismi zərərli "Hgwar" ilə, təqribən, 5 mini isə "Agent" ilə bağlıdır. Troyan şifrləyicilər, adətən, müxtəlif qanuni əlavələr adı altında yayılır. Sonra bank əlavəsinin işə salınması zamanı zərərli proqram bu əlavənin interfeysi üzərindən şəxsi fişinq interfeysi çıxarıb, istifadəçinin daxil etdiyi məlumatı oğurlaya bilər.

Kaspersky Lab-ın ekspertlərinin məlumatına əsasən, hesabat dövründə mobil bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin ən böyük payı olan ölkələrin ilk üçlüyünə ABŞ (0,79%), Rusiya, (0,7%) və Polşa (0,28%) daxil olub. Polşa, əsasən, "Agent" və "Marcher" troyanlarının fəal yayılması sayəsində doqquzuncu yerdən üçüncü yerə qalxıb.

Kaspersky Lab şirkətinin mütəxəssisləri güman edirlər ki, 2018-ci ilin ikinci rübündə qeydə alınan mobil bank troyanlarının rekord sayı məhz mobil qurğular üçün zərərli proqramların artmasını əks etdirən qlobal tendensiyanı təsdiq edir.

"Ekspertlər tərəfindən qeydə alınan mobil bank troyanların sayı tarixi maksimuma çatıb. Zərərli proqramlar sayının sürətlə artması göstərir ki, kibercinayətkarlar daim sözügedən proqramların yeni modifikasiyalarını yaradıb, onların aşkar edilməsini daha mürəkkəb edirlər. Cinayətkarlar öz gəlirlərini artırmaq üçün müxtəlif üsullar işlədirlər. Mobil istifadəçiləri və ümumiyyətlə, mobil sənayesi yaxın aylarda son dərəcə ehtiyatlı və sayıq olmalıdır ki, hələlik bu tendensiya davam etməkdədir", - Kaspersky Lab-ın antivirus eksperti Viktor Çebışev bildirib. Mobil qurğuların zərərli proqramlardan yoluxma riskini azaltmaq üçün "Kaspersky Lab" bir neçə qaydalara əməl etməyi tövsiyə edir. Belə ki, əlavələri yalnız rəsmi mağazalardan yükləyin, əlavələrə verdiyiniz icazələri yoxlayın, mobil cihazları kibertəhlükələrdən qorumaq üçün Android üçün "Kaspersky Internet Secrity" kimi etibarlı həllərdən istifadə edin, naməlum şəxslərdən göndərilən (o cümlədən mesencerlərdə də) şübhəli linklərə keçməyin, rutinqli (superistifadəçi hüquqlarına malik olan) qurğulardan istifadə etməyin.

İnformasiya təhlükələrinin 2018-ci ilin ikinci rübündə inkişafı haqqında hesabatın tam versiyası ilə https://securelist.ru/it-threat-evolution-q2-2018-statistics/90919/ saytında tanış olmaq mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.