Mobil telefon

Xiaomi özünün Poco subbrendini təqdim etdi

14 Avqust 2018 08:41
0 Şərh     Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi Poco adlı subbrend haqqında məlumatlar daha öncə internetdə yetəri qədər yayılmışdı. İndi isə Xiaomi şirkəti bu subbrendi rəsmi olaraq Hindistanda anons etdi. Poco adlı yeni subbrend şöbəsinə Jai Mani başçılıq edəcək. O daha öncə Google şirkətində çalışıb. Şirkət qlobal bazarda satılacaq smartfonların istehsalı ilə məşğul olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, subbrendin əsas məqsədi isə güclü və bahalı olmayan smartfonların istehsalıdır. Şirkətin yeni subbrendinin istehsal edəcəyi ilk smartfon modeli isə Xiaomi Pocophone F1 olacaq. Bir sıra məlumatlara əsasən sözügedən smartfon 6 inç Full HD+ ekran, Snapdragon 845 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 12 MP + 5 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun təqribi qiyməti isə 430 avro olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.