Mobil telefon

253 milyon nəfər Apple Pay-dən istifadə edir

14 Avqust 2018 07:43
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple Pay" ödəniş xidməti sürətlə populyarlaşaraq "Apple"ın xidmət biznesinin inkişafında vacib istiqamətlərdən birinə çevrilir, "Loup Ventures" investiya şirkətinin həmtəsisçisi və "alma" şirkətinin məhsulları üzrə tanınmış analitiklərdən biri olan Gene Manster belə hesab edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssis dəfələrlə bildirib ki, xidmət istiqaməti "Apple"ın gələcək uğurunu təminidir. Korporasiyanın rüblük nəticələri də bunu təsdiq edir: 30 iyun 2018-ci il tarixində bitən üç aylıq hesabat dövrü üçün "Apple"ın xidmət gəliri ötən illə müqayisədə 33% artaraq 9,5 milyard dollara yaxınlaşıb.
 
"Hazırda 24 ölkədə "Apple Pay" ödənişləri keçərlidir və tezliklə Almaniya da bu ölkələrin siyahısına qoşulacaq. Biz hesab edirik ki, "Apple Pay" ödəniş xidmətinin istifadəçi bazası təxminən 253 milyon nəfər təşkil edir, bunun da 215 milyonu beynəlxalq auditoriya, 38 milyon isə ABŞ-dan olan istifadəçilərdir" - analitik deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.