Mobil telefon

“YouTube”da videoya baxmaq üçün ən uyğun smartfonlar hansılardır?

14 Avqust 2018 07:32
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YouTube" servisi videoya baxmaq üçün ən uyğun smartfonları açıqlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "YouTube Signature Devices" proqramının təsvirinə görə, videohostinq videoya baxmaq üçün ən uyğun smartfonları sınaqdan keçirir və seçir. Qurğu müəyyən tələblərə (məsələn, 4K formatlı videoçarxları, HDR texnologiyasını və s. dəstəkləməli) cavab verməlidir.
 
Məlumata görə, "YouTube" üçün ən uyğun smartfon kimi mütəxəssislər tərəfindən avqustun 9-da təqdim edilən yeni qabaqcıl "Samsung Galaxy Note 9" modeli qeyd olunur. Siyahıda, həmçinin "Sony Xperia XZ2 Premium", "HTC U12+", "Nokia 8 Sirocco" və s. qurğular yer alıb.
 
"Apple" smartfonlarının populyarlığına baxmayaraq siyahıya "iPhone" smartfon modelləri daxil ola bilməyib. Bu, "YouTube"un reytinqi yalnız "Android" sistemli qurğulardan ibarət tərtib etməsi və ya "iPhone X" modelinin müəyyən səbəblərə görə ekspertləri qane etməməsi ilə əlaqədar ola bilər. Bununla belə, siyahıda "YouTube"da videoya baxmaq üçün uyğun olan daha 3 qurğu - "OnePlus 6", "LG G7 ThinQ" və "Xiaomi Mi8" qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.