Mobil telefon

“Instagram”da nə qədər reklam postu yayımlanıb?

11 Avqust 2018 22:50
0 Şərh     Baxış: 828

"Instagram"da reklam postlarının sayı 1,5 dəfə artıb. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında "Instagram"da sponsorlu və reklam postlarının həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 44% artıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu barədə "The Drum" portalı "Buzzoole"un araşdırmasına istinadən xəbər verir. Bu dövrü üçün reklam postları 559 000 dəfə yayımlanıb. Hər post üçün cəlb olunan reaksiya isə 1000 olub.

"Instagram"da ən çox reklam postları edən edən brendlər moda markaları (33,35%), kosmetika markaları (13%) və qida məhsulları üzrə olan brendlər (13%) olub. Bu kateqoriyalar reklam kontentinin təxminən 60%-ni təşkil edib.

Həmçinin populyar reklam postları isə: Aksessuarlar (12,5), texnika (10,5%), səyahət və əyləncələr (5,5%), avtomobillər (3,5%) üzrə qeydə alınıb. Reklam postlarına auditoriyanın cəlb olunmasına görə, moda markaları (36,1%) digər kateqoriyalar ilə müqayisədə liderlik mövqeyindədir. İkinci sırada isə 16,1% ilə aksessuarlar qərarlaşıb. Bu istiqamətdə digər markalar isə qidalanma (12,5%), kosmetika (12,1%), texnika (11,7%), əyləncə (3,5%), səyahət (3,1%) və avtomobillər (2,7%) üzrə olub.

Tədqiqatın aparılması üçün "BlogMeter" xidmətindən istifadə olunub. Xidmət #ad və #sponsored həştəqi ilə yayımlanan postları hesablayıb. Araşdırma aparılan zaman, "Instagram Stories"də reklamın yerləşdirilməsinin yeni formatı nəzərə alınmayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.