Mobil telefon

iPhone-larda istifadəçi səsi yazılır?

11 Avqust 2018 08:59
0 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti ABŞ hökumətinə bildirib ki, iPhone smartfonları öz istifadəçilərinin səslərini onların xəbəri olmadan yazmır. Bir neçə müddət bundan öncə ABŞ Konqressinin Palatasının energetika və ticarət üzrə komitəsinin üzvləri Apple şirkətinin, istifadəçilərin xəbəri olmadan onların səslərini yazması ilə bağlı internetdə yayılmış iddiaya fikir bildirməyi şirkətdən tələb etmişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, söhbət, "Salam Siri" cümləsindən sonra işə düşən Siri səsli köməkçisindən gedirdi. Mütəxəssislər güman edirdilər ki, Siri, istifadəçilərin və cihaz mikrofonu ətrafında səslənən istənilən səslərini yaza bilər. ABŞ konqresmenlərinə cavab olaraq Apple şirkəti bu iddiaları təkzib edib və bildirib ki, iPhone smartfonları istifadəçilərin səslərini yazmır. Bundan əlavə olaraq şirkət bildirib ki, Siri səsli əmrləri üçüncü tərəfə ötürmür.

Bununla yanaşı Apple onu da qeyd edib ki, səsli köməkçidən istifadə etmək üçün istifadəçi öncədən Siri-yə smartfon mikrofonuna aktivlik icazəsi verməlidir. Apple onu da qeyd edir ki, şirkət hətta kənar tətbiqlərə də bu qaydaları pozmağa icazə vermir. Səslərin və danışıqların yazılması üzrə şübhələndirici tətbiqlər isə tez bir zamanda pozulur. Həmçinin Apple şirkəti ABŞ Konqressinə olan məktubunda onu da qeyd edib ki, istifadəçi yerinin təyin olunması funksiyasının deaktiv olunması halında da smartfonlar istifadəçinin yerini təyin etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.