Mobil telefon

Yeni şüşə smartfonları daha yaxşı qoruyacaq

21 İyul 2018 08:41
0 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk smartfonlarda ekranın kənar hissələrinə qurulmuş qalın çərçivələr yerə düşmə vaxtı qurğunu zərbədən qoruyurdu. Ancaq çərçivəsiz displey və dairəvi kənarlara malik aparatlar şüşə səthlərin möhkəmliyinin yüksəldilməsini vadar edib. "Corning" şirkəti müxtəlif cihazların displeyi üçün kənar təsirlərə qarşı davamlı örtük istehsalçısı kimi istifadəçilərə çoxdan tanışdır. Dünən çoxlu sayda yerə düşməyə dayanıqlı olan "Gorilla Glass" zərbəyə davamlı şüşəsinin yeni nəsli nümayiş olunub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Corning Gorilla Glass 6" şüşəsi 1 metr hündürlükdən 15 dəfə yerə düşməyə dayanıqlıdır, bu halda şüşə sınmır. Müqayisə üçün, əvvəlki nəsil zərbəyə davamlı şüşə eyni şərtlər daxilində 11 dəfə yerə düşməyə dayanıqlı idi. "Corning" şirkətinin araşdırmasına görə, smartfon ildə orta hesabla təxminən 7 dəfə istifadəçilərin əlindən yerə düşür.
 
Həmçinin daşınan qurğular (məsələn, "ağıllı" saat) üçün nəzərdə tutulmuş "Gorilla Glass DX" və "Gorilla Glass DX+" şüşələri təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.