Mobil telefon

“Yandex” smartfon istehsal edəcək

17 İyul 2018 21:15
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın zamanlarda Rusiya ərazisində "Yandex. Telefon" adlanan yeni smartfon satışa çıxarılacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət mobil cihazın istehsalı üçün razılıq əldə edib.

Şifrəli vasitə və malların xəbərdarlıqları haqqında Vahid Reyestrdə məlumat yayılıb ki, "Yandex Services AG" şirkəti artıq "Yandex. Telefon" smartfonunu istehsal edə bilər. Cihaz Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə idxal ediləcək.
 
Bundan əvvəl isə bildirilib ki, "Yandex" "ağıllı ev" sisteminin tərtibatını həyata keçirməyi planlaşdırır. Bu sistem dünən satışa çıxarılan "Yandex. Stansiya" "ağıllı" səsgücləndiricisinin bazasında istehsal ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.