Mobil telefon

“Android”in yeni versiyasının adı məlum oldu

14 İyul 2018 08:55
0 Şərh     Baxış: 1 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Huawei" şirkəti özü də bilmədən "Andorid" əməliyyat sisteminin növbəti versiyasının adını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, çox güman ki, o, "Android 9.0 Pistachio" adlandırılacaq.

Yeni əməliyyat sisteminin adının sirri portuqaliyalı istifadəçi və "Huawei"in texniki dəstəkçisi arasında olan dialoqda açılıb. Belə ki, istifadəçi özünün "Huawei P9 Lite" telefonu üçün sistem yenilənməsi gözləyib-gözləməməli olduğunu soruşub. Söhbət zamanı şirkət əməkdaşı bilmədən və ya qəsdən ona əməliyyat sisteminin yeni versiyasının adını bildirib. O, "Android Pistachio", yəni "fıstıq" adlanacaq.

"Android 9.0"-nun adında "P" hərfinin olacağı sirr deyildi. ABŞ-ın "Google" brendi öz əməliyyat sistemlərini əlifba sırası ilə adlandırır. Çox vaxt da şirkət onları hər hansı ləziz yeməklərin şərəfinə adlandırır. Ancaq istifadəçilər təxmin edirdilər ki, doqquzuncu "Android" "Ananas", "Pineapple" və yaxud "Pistachio Ice Cream", yəni "fıstıqlı dondurma" adlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.