Mobil telefon

ZTE ABŞ-a 400 milyon dollar ödəyəcək

14 İyul 2018 08:45
0 Şərh     Baxış: 739

Müflisləşmə ərəfəsində olan Çinin ZTE telekommunikasiya şirkəti ABŞ-a 400 milyon dollar ödəyəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu vəsait ABŞ qanunvericiliyinin təkrar pozulacağı təqdirdə, təminat rolunu oynayacaq.
 
ZTE-nin ABŞ Ticarət Nazirliyi ilə imzaladığı müvafiq saziş şirkətə yenidən ABŞ istehsalı olan ehtiyat hissələrini almağa və bu ölkədə öz məhsulunu satmağa imkan verəcək. ABŞ hökuməti ilə mübahisəyə tam son qoymaq üçün isə ZTE əvvəlki pozuntulara görə daha 1 milyard dollar cərimə ödəməlidir.
 
Xatırladaq ki, aprel ayında ABŞ Ticarət Nazirliyi ZTE istehsalı olan avadanlığın İran və Şimali Koreyaya qanunsuz satışının aşkarlandığını bəyan edib. Bu üzdən şirkətə ABŞ ərazisində 7 il müddətində fəaliyyət göstərmək qadağan olunub. Nəticədə smartfon istehsalı üzrə dünyada ən böyük şirkətlərindən biri olan ZTE iflas təhlükəsi ilə üzləşib və yeni telefonların istehsalını dayandırmaq məcburiyyətində qalıb. ABŞ və Çin liderlərinin danışıqlarından sonra ZTE-nin ABŞ bazarına qayıdışı haqqında qərar qəbul olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.