Mobil telefon

“iPhone X” suyun altına çexolsuz salına bilər

14 İyul 2018 08:51
0 Şərh     Baxış: 1 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış blogger Frederik Van Stridonk bildirib ki, "iPhone X" smartfonunu hətta müvafiq materialdan hazırlanmış xüsusi çexoldan istifadə etmədən suyun altına salmaq mümkündür.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, təcrübə prosesində kişi hovuzda telefonla üzməyi yoxlayıb. Hətta bundan sonra da cihaz tam gücü ilə işləməyə davam edib.  

Bloggerin sözlərinə görə, Kupertinyo istehsalı olan telefonun dözümlülüyünü yoxlamaq ideyası ona ani olaraq gəlib. Çünki o zaman o, hovuzun yanında olub və az qalıb ki, ora yıxılsın. Bu zaman o, öz cihazından narahat olub.

Blogger qeyd edib ki, telefon həqiqətən də hətta olduqca yüksək təzyiq altında suya dözümlüdür. Telefonun xüsusi klapanları onun portlarını su sızmasından qoruyur. Ancaq bununla belə, o, cihazı ehtiyac olmadan mühafizəsini təcrübə etməməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.