Mobil telefon

Geyim mobil telefonu enerji ilə dolduracaq

14 İyul 2018 07:51
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Sinsinnati Universitetinin mühəndisləri mobil telefonu enerji ilə doldurmağa imkan verən innovativ geyim üçün "parça" hazırlayırlar.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqatçılar uzun müddətdir karbon texnologiyalar, o cümlədən karbon nanoborucuqlarda enerji saxlayan kostyumlar üzərində iş aparırlar. Nanoborucuqlar buxar mərhələli kimyəvi çökmə adlanan prosesin köməyi ilə vakuum kamerada kvars silisium plastinlərdə "böyüdülür". Sonra alimlər sənaye çarxı üzərində kiçik lifli kvadratı uzadaraq karbon təbəqəni ipliyə çevirirlər. Hörümçək torunu xatırladan ipliyi adi toxuculuq parçasına tətbiq etmək mümkündür.  

Tərtibatçıların sözlərinə görə, karbon sapları müxtəlif qurğularda, o cümlədən ağır metal ötürücülərində, eləcə də superkondensat və akkumulyatorlarda istifadə etmək olar. Karbon nanoborucuqlar maşınların çəkisini azaltmaq və yanacaqdan istifadənin effektivliyini artırmaq üçün avtomobillərdə və təyyarələrdə mis naqilləri əvəz edə bilərlər. Hazırda universitet laboratoriyası eyni anda təxminən 46 metr karbon nanoborucuq sapı istehsal edir və texnologiya yaradıcılarının sözlərinə görə, gələcəkdə iş prosesinin genişləndirilməsi nəzərdə tutulur.

ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyası yeni texnologiyadan hərbçilər üçün kostyumların yaradılmasında istifadə etmək məqsədilə Sinsinnati Universiteti ilə əməkdaşlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.