Mobil telefon

“Apple” “iPhone X” və “iPhone SE”-dən imtina edə bilər

12 İyul 2018 08:35
0 Şərh     Baxış: 1 145

"BlueFin Research" analitik şirkəti olduqca gözlənilməz və qəribə proqnozla çıxış edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər investorlar üçün qeyddə bildiriblər ki, "Apple" bu il "iPhone SE" və "iPhone X" smartfonlarının istehsalını dayandıra bilər.

"iPhone X" artıq cari ilin üçüncü rübündə istehsalını dayandırmalıdır. Həmçinin "iPhone SE" də mövcudluğunu dayandıracaq. "iPhone 8" smartfonu "Apple"in yekun portfoliosunda "əlçatan" modellərin əsas hissəsini tuta biləcək.

Bu addımın atılması səbəbi kimi şirkətin fokusunu gələcək "iPhone 9", "iPhone 11" və "iPhone 11 Plus" modellərinə keçirmək və onları intensiv olaraq irəli çəkmək arzusu göstərilir. Analitiklər qeyd edirlər ki, son 5 il ərzində "iPhone" əldə etmək istəməyən istifadəçilərin zəif fəallığından yaranan "məhdud tələb" 2018-ci ildəki yeniliklər sayəsində satışları artıracaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.