Mobil telefon

“Play Market”də son 10 ilin yeniliyi

12 İyul 2018 08:15
0 Şərh     Baxış: 822

"Google" korporasiyası "Play Market" tətbiqlər mağazasına son 10 ildə  ən əsas yeniliyini inteqrasiya edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, müxtəlif məsləhətlər üçün süni intellektdir.

Mütəxəssislər bildiriblər ki, yenilənmə nəticəsində "Google Play" istifadəçiləri proqram və oyun təkliflərini onların yerləşməsi, maraq və digər faktorlar nəzərə almaqla görə biləcəklər.

Bundan başqa, korporasiyadan qeyd ediblər ki, gələcəkdə sistemə mağazanın digər istiqamətlərini də tətbiq etməyi planlaşdırırlar.

Xatırladaq ki, iyun ayının əvvəllərində Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson Kinq dairəsinin Ali Məhkəməsinə "Google" və "Facebook" şirkətinə qarşı iddia ilə müraciət edib. Buna səbəb bu şirkətlərin siyasi reklam sayəsində ştatın qanunlarına uyğun olaraq riayət etməməsidir.

İddiada bildirilir ki, şirkətlər 2013-cü ildən bu yana onlayn platformalarda bu cür reklamları yerləşdirən şəxslər və təşkilatlar barəsində lazımı məlumatları yadda saxlamayıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.