Mobil telefon

“Samsung”un ən uğursuz smartfonu bəlli oldu

12 İyul 2018 08:05
0 Şərh     Baxış: 2 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" etiraf edib ki, "Samsung S9" şirkətin ən uğursuz smartfonu olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə cihazın satışları haqqında məlumatlarda deyilir.

Qeyd edilir ki, flaqman smartfonlarının uğursuz başlanğıcını mütəxəssislər tərəfindən hazırlanmış analitik məlumatlar və reytinqlər də sübut edir.

"Samsung Galaxy S9" cihazı son 6 ildə şirkət üçün ən uğursuzu olub. Şirkət flaqmanı bazara çıxararkən onun uğur qazanacağına əmin idi.

Bildirilir ki, reklam kampaniyası özünü doğrultmayıb. İlkin hesablamalara əsasən, cari ildə cihazın satış həcmləri 31 milyon dollar təşkil edəcək. Bəzi mütəxəssislər isə cihaza daha az tələbatın olacağını da proqnozlaşdırırlar. 

Mütəxəssislər qeyd edirlər ki, Cənubi Koreya şirkəti yeni smartfon buraxmaqla yaranmış vəziyyətdən çıxa biləcək. Hazırda hazırlanmaqda olan "Galaxy S10" smartfonu vəziyyəti xilas edə bilər. Bundan öncə də bildirilib ki, "Samsung" bu il üç növ "Galaxy S10" smartfonu istehsal edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.