Mobil telefon

“Xiaomi” smartfon istehsalı dayandırılır

12 İyul 2018 07:51
0 Şərh     Baxış: 2 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Xiaomi" şirkəti öz brendi ilə buraxılan smartfonların istehsalının dayandırılması ilə bağlı qərar qəbul edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "Xiaomi" yeni "Pocophone" brendi ilə əvəz ediləcək. Gözlənilir ki, yeni brend istehsalçıya mobil bazarda yeni zirvələr fəth etməyə imkan verəcək.   

"Xiaomi" şirkətinin yeni brendi ilə bağlı informasiya ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlarında öz təsdiqini tapır. Komissiyanın məlumatına görə, "Pocophone" adı artıq ABŞ-da qeydiyyatdan keçib. Bundan başqa, yeni əmtəə nişanı Avropa və digər regionlarda qeydiyyata alınıb.  

Beləliklə, "Xiaomi" smartfonlarının satışdan tam çıxarılaraq yeni ada malik qurğularla əvəz ediləcəyi bildirilir. Lakin bir sıra ekspertlər "Xiaomi" qurğularının Çinin daxili bazarında qalacağını düşünsə də, bunu sübut edən məlumatlar mövcud deyil. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.