Mobil telefon

LG iki qatlanan smartfon hazırlayır

10 İyul 2018 08:05
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

LG şirkəti ilk açılıb-bağlanan əyilən smartfon buraxmağı planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu günlərdə şəbəkədə LG şirkətinin açılıb-bağlanan smartfon tərtibatı ilə bağlı patenti yayılıb.

Dərc edilən məlumata əsasən, cihaz adi adil mobil cihaz görüntüsündə olacaq. O, kitab kimi iki qatlana biləcək. Gözlənilir ki, bu cür konstruksiya bundan sonra da ekranın tamlılığını saxlamağa imkan verəcək.

Əldə edilən məlumata görə, LG istehsalı olan açılıb-bağlanan smartfon diyircək mexanizmli olacaq, onun displeyi isə avtomatik sönəcək. Aparatın iki mikrofonu və iki səsgücləndiricisi olacaq.

Qeyd edilir ki, bu cür cihazlara patent artıq bir neçə ildir "Samsung", "Huawei" və "Motorola" şirkətlərində mövcuddur. Ancaq heç bir istehsalçı hələ də ilk açılıb-bağlanan smartfonun tərtibatı ilə bağlı gəzən şayiələri təsdiqləməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.