Mobil telefon

Dünyanın ən güclü smartfonları məlum olub

10 İyul 2018 08:51
0 Şərh     Baxış: 3 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AnTuTu" şirkəti "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların iyun reytinqini dərc edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, gözlənildiyi kimi, siyahıda yüksək yer tutan smartfonların əksəriyyəti "Qualcomm Snapdragon 845" prosessoru ilə təchiz olunub. Bununla yanaşı, onlar fərqli dizayna malikdir, müxtəlif cür qızır və müxtəlif "Android" versiyaları ilə işləyir.

Məlumata görə, iyun reytinqinə 287 min bal toplayan "Xiaomi" şirkətinin "Black Shark" oyun smartfonu liderlik edir. Onun yaxın rəqibi 284 min ballıq nəticə ilə "Vivo NEX" modelidir. Üçüncü pillədə "OnePlus 6" smartfonu (282 min bal) qərarlaşıb.

Liderlər onluğuna, həmçinin "Xiaomi Mi 8", "Smartisan Nut R1", "Samsung Galaxy S9+", "Xiaomi Mi MIX 2s", "Samsung Galaxy S9", "Sony Xperia Z2" və "Nubia Red Magic" daxildir.

Xatırladaq ki, "AnTuTu" şirkəti qabaqcıl və lider "Android" və "iOS" əməliyyat sistemləri ilə işləyən smartfonların siyahısını hər ay dərc edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.