Mobil telefon

Mobil əlavələr smartfon ekranlarının şəklini çəkir

10 İyul 2018 08:41
0 Şərh     Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ alimləri "Android" əməliyyat sistemi üçün bir sıra əlavələrin gizlicə smartfon ekranlarının fotoşəkil və videolarını çəkərək bu məlumatları üçüncü şəxslərə göndərməsini müəyyənləşdiriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Bostonun özəl Şimal-Şərq Universitetinin alimlər qrupu eksperiment keçirərək mobil proqramlar tərəfindən istifadəçi danışıqlarının gizlicə qeydə alınmasını müəyyənləşdirməyə çalışıb. Onlar il ərzində 17 min populyar "Android" əlavəsini, o cümlədən "Facebook" sosial şəbəkəsinə aid olanları və ona məlumat göndərənləri tədqiq ediblər. Tədqiqat zamanı alimlər qrupu 10 müxtəlif qurğudan istifadə edib.

Alimlər tərəfindən əlavələrin gizlicə mikrofonu işə salaraq səs göndərməsi faktı aşkarlanmayıb. Lakin onlar müşahidə ediblər ki, bəzi əlavələr istifadəçilərin telefonda etdiklərinin fotoşəkil və videosunu çəkir və məlumatları üçüncü şəxslərə göndərir. Bəzi hallarda videoqurğuya daxil edilən fərdi informasiyaya aid olub.

Tədqiqatçılar qeyd edir ki, istifadəçilər onların telefonda etdiklərinin qeydə alınması barədə məlumatsız olublar, çünki bu, əlavələrin məxfilik siyasətində göstərilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.