Mobil telefon

Bu da “Samsung Galaxy S10” smartfonu...

21 İyun 2018 08:25
0 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İce universe" nikli insayder özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində naməlum çərçivəsiz smartfonun şəklini dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, söhbət yubiley "Samsung Galaxy S10" smartfonundan gedir. Bu smartfon ictimaiyyətə ancaq gələn ilin əvvəlində təqdim ediləcək.

"Samsung Galaxy S10"-un kod adı "Beyond"dur. Bu smartfon özünü az qala ekranın perimetri ətrafında çərçivələrin olmaması ilə ifadə edir. Panelin üz tərəfində yüksəkdən danışmaq üçün nə kəsik, nə frontal kamera, nə də hər hansı ötürücü var.

Çox güman ki, bu, sadəcə, "Galaxy S9" bazasında yaradılmış həvəskar saxtakarlıqdır. "Samsung" hələlik bununla bağlı heç bir rəsmi açıqlama vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.